Türk Şurası 20 Yanvar qurbanlarının xatirəsini yad edib

11:06 20.01.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası Vətən uğrunda həyatlarını qurban verən Azərbaycanın bütün qəhrəmanlarının xatirəsini yad edib.

Hafta.az-ın məlumatına görə, bu barədə Şuranın 20 Yanvar faciəsinin 31-ci ildönümü ilə əlaqədar bəyanatında deyilir.

Bəyanatda qeyd olunur: "Biz faciənin qurbanlarının nurlu xatirəsi qarşısında hörmətlə baş əyirik".