Yazını böyüt
Yazını kiçilt
Türkiyə Əfqanıstanın paytaxtı Kabil şəhərində yerləşən hava limanına sığınan daha 100 vətəndaşını təxliyyə edib.
Hafta.az xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.
Bildirilir ki, 100-dən çox Türkiyə vətəndaşı ölkənin Silahlı Qüvvələrinə aid C-130 “Herculus” hərbi nəqliyyat təyyarəsi ilə İstanbula gətirilib.
Təxliyyə edilənlər arasında şəhər mərkəzindən Türkiyə təhlükəsizlik qüvvələri tərəfindən xilas edilən 5 tibb işçisi də var.