Yazını böyüt
Yazını kiçilt
Regionda nələrin baş verməsindən asılı olmayaraq Azərbaycanın dost ölkələrlə, xüsusilə də Türkiyə ilə sıx əməkdaşlığı var.
Bu fikirləri hafta.az-a politoloq Zərdüşt Əlizadə Qarabağda Azərbaycanın maraqlarına zidd addımların atılması fonunda rəsmi Bakının bir sıra ölkərə xəbərdarlığına münasibət bildirərkən deyib.
Politoloqun sözlərinə görə, onsuz da Türkiyə ilə Azərbaycanın əməkdaşlığı ən yüksək səviyyədədir. Bu proses daha aktiv fazaya doğru inkişaf edir.
Z.Əlizadə hesab edir ki, beynəlxalq təcrübədə bundan yüksək əməkdaşlıq olmayıb. Yəni iki dövlətin birinin digərinin tərkibinə daxil olması mümkün olmasa da, bütün sahələr üzrə əməkdaşlıq, bir birinə dəstək var.