Ermənistan və Türkiyə tezliklə sərhədlərinin açılması və sərhəd ticarətinin təşkili üçün ilk ciddi addımları ata bilər.
Hafta.az xəbər verir ki, bu barədə Türkiyənin diplomatik mənbələrinə istinadla “Sabah” qəzeti məlumat yayıb.
Bundan əvvəl Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüşə hazır olduğunu bildirmişdi. O xatırladıb ki, oxşar görüş artıq Antalyada da olub. Bundan başqa, Çavuşoğlu münasibətlərin normallaşmasına dair danışıqların istər Ermənistanda, istərsə də Türkiyədə aparılmasına dair ən yüksək səviyyədə razılaşmanın əldə edildiyini xatırladıb.
Nəşrin yazdığına görə, iki ölkənin xüsusi nümayəndələri - Ruben Rubinyan və Serdar Kılıç arasında münasibətlərin normallaşmasına dair Vyanada keçirilən son görüşdə əldə olunan razılaşmalar fonunda iki ölkə arasında sərhədin mümkün qədər tez açılması və sərhəd ticarətinin qurulması məsələsini müzakirə etmək üçün ekspert danışıqlarının Türkiyədə keçirilməsi planlaşdırılır.
"Sərhədin açılması ilə bağlı qərar qəbul edildikdə, Akyaka keçid məntəqəsi (Türkiyədə) bir ay ərzində işləyəcək"- deyə nəşr yazır.
Diplomatik mənbələr Ermənistan və Türkiyə arasında münasibətlərin normallaşması prosesi ilə bağlı son hadisələri müsbət qiymətləndirirlər. Eyni zamanda, iki ölkə arasında sərhədin açılmasını İrəvanla Bakı arasında sülh müqaviləsinin bağlanması ilə əlaqələndirirlər.
“Sabah”-a qiymət verən diplomatik qaynaqlar "Sülh müqaviləsi imzalansa, bu vəziyyət bütün bölgəyə çarpan təsir göstərəcək"-deyə bildirib.
İki ölkə arasında atıla biləcək ən ciddi addımın quru ticarətinin başlanması olacağı hesab edilir. Gümrünün həm Alican, həm də Akyaka ilə durbin məsafəsində olduğuna diqqət çəkən mənbələr, "Sərhəddən 20 kilometrdən az məsafədə 3 minə yaxın insan yaşayır. Sərhədin bağlandığı 93-cü ildə 140 min insan 40 min ton malla sərhədi keçib-gəlirdi. Bu gün sərhəd açılsa, bu rəqəmin ən azı 10 dəfə artacağı qeyd olunur. Sərhədlərin açılması qərarı alınarsa, Akyaka sərhəd qapısının 1 ay ərzində fəaliyyətə başlaya biləcəyi bildirilir.