Rusiya ilə Türkiyə arasında ticarəti pozan pul köçürmə probleminin həlli üçün yeni təklif gündəmdədir.
Hafta.az-ın yazdığına görə, Rusiyanın ən böyük dövlət bankı VTB-nin idarə heyətinin sədri Andrey Kostin bildirib ki, Türkiyə ilə Rusiya arasında ödəniş probleminin həlli üçün milli və rəqəmsal valyutalar əsasında mexanizm yaradılmalıdır.
Bank sektorunda ödəmə probleminin həlli üçün həll yolları axtarışlarının davam etməsi lazım olduğunu bildirən Kostin, “Çinlə ticarətdə həll tapdıq, ödənişləri milli valyuta ilə edirik. Hətta böyük ticarət balanssızlığının olduğu Hindistanla da həll yolu tapdıq. Biz Türkiyə ilə bu istiqamətdə imkanlar axtarmalıyıq” deyib.
Bu mövzuda həll yollarından birinin rəqəmsal valyuta ola biləcəyini ifadə edən Kostin, “Yeni mexanizmimizi rəqəmsal və milli valyutalar əsasında yaratmalıyıq. Əlbəttə, türk lirəsi və rubl daha satit olsaydı, bunu etmək daha asan olardı”, deyə o bildirib..