Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycanı təbrik edib

10:51 08.11.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycanı Zəfər Günü münasibətilə təbrik edib.

Hafta.az xəbər verir ki, bu barədə nazirliyin “X” hesabında təbrik mesajı paylaşılıb.

“5 il əvvəl Qarabağda böyük bir zəfər qazanan Azərbaycan türkü qardaşlarımızın 8 noyabr Zəfər Gününü təbrik edir, qardaşlarımızı ürəkdən salamlayırıq. Türkiyə və Azərbaycan əbədi “Bir millət, iki dövlət” olaraq birlikdə olmağa davam edəcək”, - nazirliyin təbrik mesajında qeyd edilib.