Türkiyə Milli Müdafiə Nazirliyi Bakının işğaldan azad edilməsi ilə bağlı təbrik ünvanlayıb

16:16 15.09.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyənin Milli Müdafiə Nazirliyi Bakı şəhərinin erməni-bolşevik işğalından azad edilməsinin ildönümü ilə bağlı təbrik mesajı yayıb.

Hafta.az-ın məlumatına görə, bu barədə nazirlik "Twitter" səhifəsində paylaşım edib.

Paylaşımda deyilir: "Nuru paşanın komandanlığındakı Qafqaz İslam Ordusu 103 il əvvəl Bakını işğaldan azad etməklə azərbaycanlı qardaşlarımızın qəlbində taxt qurdu. Bu özəl günü təbrik edir, şəhid və qazilərimizi anırıq".