Yazını böyüt
Yazını kiçilt
“Əldə edilmiş razılaşmaya əsasən, YPG terrorçuları 5 gün müddətində təhlükəsiz bölgəni tərk etməlidirlər.
APA-nın NTV telekanalına istinadən verdiyi xəbərə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
O təhlükəsiz bölgənin sərhədlərinin dərinlik və uzunluğunu da açıqlayıb.Ərdoğan qeyd edib ki, Suriya-Türkiyə sərhədində təhlükəsiz bölgə 32 kilometr dərinliyində, 440 kilometr uzunluğunda olacaq.