Yazını böyüt
Yazını kiçilt
Türkiyə sahillərində 4,9 bal gücündə zəlzələ baş verib.
Bu barədə Türkiyənin Fövqəladə Hallar İdarəolunması Agentliyi (AFAD) bildirib.
Məlumata əsasən, yeraltı təkanlar Muğla vilayətinin Datça bölgəsi sahillərində Egey dənizində qeydə alınıb. Zəlzələnin episentri 16,37 kilometr dərinlikdə yerləşib.
Dağıntılar və xəsarət alanlar barədə məlumat verilməyib.