Türkiyə səmasında naməlum PUA vuruldu

23:39 29.09.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Fərat Qalxanı” əməliyyatının getdiyi ərazidə və Kilis bölgəsində hava sərhədlərini 6 dəfə pozan və hansı ölkəyə məxsusluğu bilinməyən pilotsuz uçuş aparatı (PUA) məhv edilib.

Hafta.az bildirir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

PUA-nın iki F-16 tərəfindən vurulduğu qeyd edilib.

Aparatın Kilis bölgəsinə düşdüyü bildirilir.