Türkiyə və Azərbaycan kənd təsərrüfatı ilə bağlı saziş imzalayacaq

09:21 30.06.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyə və Azərbaycan arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıqla bağlı saziş imzalayacaq.

Hafta.az xəbər verir ki, bunu Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri Vahit Kirişçi deyib.

 

Onun sözlərinə görə, mümkün ərzaq böhranına qarşı tədbirlər görülür, 10 ölkə ilə kənd təsərrüfatı üzrə müqavilələrin imzalanması üçün hazırlıq gedir.

 

V.Kirişçi qeyd edib ki, sözügedən 10 ölkə arasında Azərbaycan, Venesuela, Qazaxıstan, Sudan və Əlcəzair də var.

 

Nazir bildirib ki, iqlim baxımından Türkiyədə istehsal edilməsi çətin olan məhsullar xaricdə icarəyə götürüləcək torpaqlara əkiləcək. Kənd Təsərrüfatı Nazirliyi Latın Amerikası və Afrikanın bir neçə ölkəsində torpaqların icarəyə götürülməsi ilə bağlı danışıqlara başlayıb.

Oxunma sayı 117