Türkiyə və Böyük Britaniya miqrasiya sahəsində əməkdaşlıq edəcəklər

10:15 11.08.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Türkiyə və Böyük Britaniya miqrasiya mövzusunda əməkdaşlığa dair razılığa gəliblər. Bundan sonra üçüncü ölkə vətəndaşlarının köçürülməsi bloklanacaq və Böyük Britaniya Mükəmməllik Mərkəzinə dəstək verəcək.

Hafta.az-ın yazdığına görə, müqavilənin digər maddəsi isə Böyük Britaniya Təhlükəsizlik Baş İdarəsinin tərkibində yaradılması planlaşdırılan Mükəmməllik Mərkəzinə dəstək verməsidir. Bu mərkəz Türkiyə rəhbərliyi ilə həyata keçirilən qeyri-qanuni miqrasiyaya qarşı görüləcək tədbirləri gücləndirəcək.

Böyük Britaniya da Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın G-20 sammitində gündəmə gətirdiyi miqrasiya və məcburi köçkünlərlə bağlı iş təklifini dəstəkləmək qərarına gəlib. Təklif G7 platformasında da müzakirə olunacaq.

Yeni məlumata görə, Türkiyə miqrant qaçaqmalçılığı və qeyri-qanuni miqrasiyaya qarşı qlobal həll yolları hazırlamaq üçün bir çox ölkə ilə əməkdaşlıq edir. Bu çərçivədə Böyük Britaniya və Türkiyənin təhlükəsizlik qüvvələri Türkiyə-Serbiya-Fransa-İngiltərə marşrutu üzrə fəaliyyət göstərən miqrant qaçaqmalçılarına qarşı kəşfiyyat məlumatlarının paylaşılması da daxil olmaqla daha yaxından əməkdaşlıq edəcək. Bu birgə mübarizədə terrorla əlaqəsi olan və ya Türkiyəni ləkələməklə sığınacaq üçün müraciət edən şəxslərə qarşı xüsusi tədbirlər görüləcək.