Türkiyədə daha 112 nəfər koronavirusdan vəfat etdi

23:12 07.08.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 112 nəfər həyatını itirib.

Hafta.az xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatında bildirilib ki, Türkiyədə gündəlik statistikaya əsasən, COVID-19 infeksiyası ilə əlaqədar 246 037 nəfər test edilib, onların 25 100-nün koronavirus testi pozitiv nəticə verib, 6758 nəfər sağalıb.

Nazirliyin covid19.saglik.gov.tr saytına istinadla paylaşdığı cədvələ görə, Türkiyədə indiyədək COVID-19-a qarşı birinci, ikinci və üçüncü mərhələ də daxil olmaqla 75 857 256 nəfərə peyvənd tətbiq edilib.