Türkiyədə daşqınlar nəticəsində ölənlərin sayı 62 nəfərə çatıb

23:05 15.08.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyənin Qaradəniz bölgəsində sel fəlakəti nəticəsində ölənlərin sayı 62 nəfərə çatıb.

Hafta.az xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin Fəlakət və Fövqəladə Hallar Departamentindən (AFAD) bildirilib.

Ölənlərin 52-si Kastamonu, doqquzu Sinop, biri isə Bartın sakinidir.

Hazırda Kastamonuda 4526, Sinopda 2492 və Bartında isə 1067 nəfər olmaqla səkkiz mindən artıq canlı qüvvə və çox sayda ağır texnika axtarış-xilasetmə, eləcə də təmizlik və bərpa işlərində iştirak edir.