Türkiyədə əcnəbilərin ən çox ev aldığı üç şəhər: Antalya, İstanbul və Mersin

09:08 16.08.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Türkiyə Statistika Təşkilatı (TÜİK) ölkə üzrə ev satışlarının statistikasını açıqlayıb. Türkiyə daxilində 109548 ev satılarkən, əvvəlki ilin eyni ayına görə yüzdə 16,7 artım qeyd edilib.

Hafta.az-ın yazdığına görə, İstanbul 15724 mənzil satışı və 14,4 faizlə mənzil satışlarında artımla birinci yerdədir.

Yanvar-iyul dövründə mənzil satışları əvvəlki ilin eyni dövrünə görə 17,7 faiz azalaraq 675327 olub.

Ev alan əcnəbilər arasında isə ruslar birinci yeri qoruyub. Bununla belə, iyul ayında əcnəbilərə satışlar əvvəlki ilin eyni ayına görə yüzdə 28,9 azalaraq 2801 olub. Ümumi ev satışlarında əcnəbilərin payı 2,6 faiz təşkil edir.

Rusiya vətəndaşları 772 ev aldığı halda, iranlılar 272 ev, iraqlılar 204 ev və ukraynalılar 146 ev alıblar.

Ən çox ev satılan şəhər Antalyadır - 996 ev. Onu 832 ev satışı ilə İstanbul və 263 ev satışı ilə Mersin izləyib.