Türkiyədə meşələrdə 12 yanğından 7-si söndürülüb

20:19 07.08.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu gün Türkiyənin cənubundakı meşələrdə 12 yanğın ocağından 7-si söndürülüb.

Hafta.az-ın məlumatına görə, bunu Türkiyə Prezident Administrasiyasının Kommunikasiya departamentinin rəhbəri Fəxrəddin Altun “Twitter” səhifəsində yazıb.

Hazırda 4-ü Muğlada və 1-i Spartada olmaqla, 5 meşə yanğınının söndürülməsi istiqamətində səylər davam edir.

İndiyə qədər meşə yanğınlarında 8 nəfər həyatını itirib, 864 nəfər xəsarət alıb.