Türkiyədə ölümlə nəticələnən daha bir avtobus qəzası olub

22:48 08.08.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyənin İzmir vilayətində mikroavtobusun dərəyə aşması nəticəsində altı nəfər həlak olub.

Hafta.az türk mətbuatına istinadən xəbər verir ki, qəza zamanı 11 nəfər müxtəlif bədən xəsarətləri alıb. Hadisə vilayətin Kamalpaşa rayonu ərazisində baş verib. Yaralılar bölgədəki xəstəxanalara yerləşdiriliblər. Onlardan bəzilərinin vəziyyəti ağırdır.

Faktla bağlı araşdırma aparılır.