Türkiyədə ötən gün 1,5 mindən çox yoluxma olub

09:21 14.05.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyədə son sutka ərzində yeni növ koronavirusdan (COVİD-19) 7 nəfər vəfat edib.

Hafta.az-ın məlumatına görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirus infeksiyasının müəyyən edilməsi ilə əlaqədar 134 027 nəfər test edilib, 1 534 yeni yoluxma halı qeydə alınıb.

Qeyd edilib ki, ötən gün koronavirusdan 1 673 nəfər sağalıb.

Oxunma sayı 39