Türkiyənin real sektoru prezident Rəcəb Tayyib Ərdoğan və ticarət naziri Ömər Bolatın inflyasiya ilə mübarizədə dəstək çağırışını dəstəkləməyə davam edir.
Hafta.az-ın yazdığına görə, Bütün Restoranlar və Turizm Dərnəyi - TÜRES inflyasiya ilə mübarizə çərçivəsində endirim çağırışını dəstəkləyib. TÜRES sədri Ramazan Bingöl kampaniyaya dəstək verəcəklərini bildirib, qida və içki sənayesini ilin sonuna qədər qiymətləri artırmamağa çağırıb.
Bir çox restoranın bu qərarı dəstəkləyəcəyini gözlədiyini ifadə edən Bingöl, əsas qida qiymətlərindəki eniş səbəbiylə menyulardakı bəzi məhsullara endirim ediləcəyini də açıqlayıb. Bingöl, indiyə qədər etdikləri kimi, Türkiyə iqtisadiyyatına əhəmiyyətli töhfələr verməyə davam edəcəklərini bildirib.
Ərdoğan və Bolatın çağırışına daha əvvəl marketlər, tekstil mağazaları və mebel sənayesi dəstək vermişdi.