Yazını böyüt
Yazını kiçilt
Türkiyənin Kahramanmaraş vilayətində meşə yanğınlarının söndürülməsində iştirak edən təyyarə qəzaya uğrayıb.
Hafta.az Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, hadisə Kahramanmaraşın Bertiz bölgəsində baş verib.
Bildirilir ki, hadisə yerinə axtarış-xilasetmə qüvvələri cəlb olunub.
Anadolu agentliyinin məlumatına görə, qəzaya uğrayan təyyarə Türkiyə Meşəçilik İdarəsinə məxsusdur.
Hələlik qəzaya düşən hava nəqliyyatının növü və hadisənin səbəbi barədə açıqlama yoxdur.