1989-cu ildə yayıma başlayan və 35 ildir davam edən “Simpsonlar” hər seriyası ilə milyonlarla izləyicini ekrana bağlamağı bacarır. İllər keçdikcə dünyada və xüsusilə Amerikada populyar mədəniyyətin bir parçası halına gələn bu serial sadəcə əyləncəli olmaqla yanaşı, diqqət çəkən öncəgörmələri ilə də tez-tez gündəmə gəlir.
Hafta.az-ın yazdığına görə, “Simpsonlar” keçmiş hadisələri proqnozlaşdırmaqla şöhrət qazanıblar. Serialın son bölümündə Türkiyə ilə bağlı qorxulu ssenari yer alıb. Serialdakı bu ssenari Türkiyədə böyük bir zəlzələnin baş verəcəyini və bunun böyük fəlakətə səbəb ola biləcəyini göstərir. Bu proqnoz tamaşaçıların ciddi narahatlığına səbəb olub.
“Simpsonlar” filminin bu proqnozu gerçəkləşsə, Türkiyə böyük təbii fəlakətlə üzləşə bilər. Serialda vurğulanan bu ssenari təkcə ölkədə yaşayan milyonlarla insan üçün deyil, həm də regional və qlobal miqyasda mühüm nəticələrə səbəb ola bilər. Bu səbəbdən ekspertlər və səlahiyyətlilər mümkün zəlzələ ssenarisinə hazır olmaq lazım olduğu barədə xəbərdarlıq edir.
“Simpsonlar” filminin keçmiş uğurlu proqnozları bu cür kehanetlərə marağı artırır. Ancaq bu proqnozların həmişə gerçəkləşəcəyinə dair qəti sübut yoxdur.
“Simpsonlar” seriyası keçmişdə verdiyi proqnozlarla adından söz etdirən bir istehsaldır. Ledi Qaqanın “Superboul” çıxışından Donald Trampın prezidentliyə namizədliyinə qədər bir çox hadisəni proqnozlaşdıran serial indi Türkiyə ilə bağlı diqqətçəkən bir iddia ortaya atıb. İddiaya görə Türkiyədə yeni və böyük bir zəlzələ olacaq.
Sosial mediada geniş yer alan bir epizodda Simpson ailəsinin başına gələn qəza nəticəsində yerin altında süni maşın kəşf edilir. İddia olunur ki, bu maşın onun nəzarətindən kənar zəlzələlər yarada bilər.