Türkiyədə zəlzələ olub

20:09 03.01.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyədə 4,2 bal gücündə zəlzələ olub. Hadisə Elazığ şəhərinin Sivrice rayonunda qeydə alınıb.

Hafta.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) bildirib.

Zəlzələ ocağı 8,5 kilometr dərinlikdə yerləşib. Yeraltı təkanlar hiss edilib. Dağıntılar və ya tələfat barədə məlumat verilmir.