Yanvar-sentyabr dövründə Türkiyənin xarici ticarətdə kəsiri 87,2 milyard dollara çatıb. Beləliklə, yanvar-sentyabr ayları üzrə xarici ticarətdə rekord kəsir qeydə alınıb.
Hafta.az-ın Bloomberg-ə istinadən yazdığına görə, bu barədə məlumatı Türkiyə Statistika Təşkilatı (TÜİK) açıqlayıb. Məlumata görə, yanvar-sentyabr dövründə xarici ticarət kəsiri əvvəlki ilin eyni ayına görə 5 faiz artıb.
Qeyd edək ki, 2022-ci ilin yanvar-sentyabr dövründəki kəsir 83,1 milyard dollar idi.
Ümumi ticarət sisteminə görə, 2023-cü ilin yanvar-sentyabr dövründə ixrac əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,5 faiz azalaraq 187 milyard 204 milyon dollara, idxal isə 1,2 faiz artaraq 274 milyard 432 milyon dollara çatıb. .
Sentyabrda xarici ticarət kəsiri əvvəlki ilin eyni ayına görə 47,8 faiz azalaraq 9 milyard 607 milyon dollardan 5 milyard 12 milyon dollara geriləyib. İxrac-idxalın əhatə dairəsi 2022-ci ilin sentyabrında 70,2 faiz olduğu halda, 2023-cü ilin sentyabrında 81,8 faizə yüksəlib.
2023-cü ilin sentyabr ayında ixrac əvvəlki ilin eyni ayına görə 0,5 faiz azalaraq 22 milyard 490 milyon dollara, idxal isə 14,6 faiz azalaraq 27 milyard 501 milyon dollara enib.
Enerji məhsulları və qeyri-monetar qızıl istisna olmaqla, ixrac 2023-cü ilin sentyabr ayında yüzdə 2,3 azalaraq 20 milyard 746 milyon dollardan 20 milyard 260 milyon dollara geriləyib.
Sentyabr ayında enerji məhsulları və qeyri-monetar qızıl istisna olmaqla idxal 1,5 faiz azalaraq 20 milyard 598 milyon dollardan 20 milyard 280 milyon dollara düşüb.
Xarici ticarət kəsiri, enerji məhsulları və qeyri-monetar qızıl xaric, sentyabr ayında 19 milyon dollar olub. Xarici ticarət həcmi isə 1,9 faiz azalaraq 40 milyard 540 milyon dollara düşüb. Sözügedən ayda enerji və qızıl xaric ixracın idxala nisbəti 99,9 faiz olub.
Almaniya sentyabr ayında Türkiyənin ixracatında birinci yeri tutub. Almaniyaya ixracat 1 milyard 746 milyon dollar olarkən, onu 1 milyard 201 milyon dollarla ABŞ, 1 milyard 196 milyon dollarla İraq, 1 milyard 96 milyon dollarla İtaliya, 1 milyard 69 milyon dollarla Böyük Britaniya izləyib. İlk 5 ölkəyə ixrac ümumi ixracın 28,1 faizini təşkil edib.
Yanvar-sentyabr dövründə də ixracatda Almaniya birinci olub. Almaniyaya ixracat 15 milyard 904 milyon dollar olarkən, onu 11 milyard 7 milyon dollarla ABŞ, 9 milyard 156 milyon dollarla İtaliya, 9 milyard 87 milyon dollarla Böyük Britaniya və 8 milyard 933 milyon dollarla İraq izləyib. İlk 5 ölkəyə ixrac ümumi ixracın 28,9 faizini təşkil edib.
Çin idxalda birinci yerdədir. Sentyabrda Çindən idxal 3 milyard 728 milyon dollar olarkən, onu 3 milyard 134 milyon dollarla Rusiya, 2 milyard 357 milyon dollarla Almaniya, 1 milyard 249 milyon dollarla ABŞ, 1 milyard 175 milyon dollarla BƏƏ izləyib. İlk 5 ölkədən idxal ümumi idxalın 42,3 faizini təşkil edib.
Yanvar-sentyabr dövründə Rusiya idxalda birinci yerdədir. Rusiyadan idxal 34 milyard 705 milyon dollar olarkən, onu 34 milyard 397 milyon dollarla Çin, 21 milyard 190 milyon dollarla Almaniya, 16 milyard 563 milyon dollarla İsveçrə, 11 milyard 840 milyon dollarla ABŞ izləyib. İlk 5 ölkədən idxal ümumi idxalın 43,3 faizini təşkil edib.