Türkiyənin pilotsuz təyyarələrlə bağlı uğurunun sirri - ingiltərəli analitik açıqlayır

11:42 22.03.2021 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Bu aparatlar Dağlıq Qarabağda qüvvələr balansını dəyişən amil rolunda çıxış etdilər

Son illərdə Türkiyənin pilosuz uçuş aparatlarının istehsalı və tətbiqindəki əldə etdiyi uğurlar 2016-cı il hərbi çevrilişinin uğursuz nəticəsindən sonra orduda aparılan təmizləmələrlə bağlıdır.

Hafta.az xəbər verir ki, bu bəyanatla Londonun IHS Markit firmasının analitiki Əmrə Kaliskan çıxış edib. Onun sözlərinə görə, hərbi çevriliş cəhdindən sonra Türkiyənin hərbi hava qüvvələrində də təmizlənmə aparılıb:

"Türkiyənin F-16 qırıcılarının pilotlarının sayı təyyarələrinin sayından az idi. Bu təyyarələr üçün pilotların yetişdirilməsi 4 il zaman alır. Lakin pilotsuz uçuş aparatlarının idarəsi üçün bu təlimlər cəmi 9 ay vaxt tələb edir. Ona görə də Türkiyə HHQ sahəsindəki bu çatışmazlığı pilotsuz uçuş aparatlarının istehsalı ilə aradan qaldırmağa çalışdı. Türkiyənin bu aparatları Suriya, Liviya, Dağlıq Qarabağda özünü çox yaxşı göstərməyi bacardı. Qüvvələr balansını dəyişən amil rolunda çıxış etdilər. Pilotsuz uçuş aparatları sahəsindəki uğulu nəticələr Türkiyəni bəzi regional rəqibləri ilə də yaxınlaşdıra bilər. Misal üçün, Səudiyyə Ərəbistanı Ankaradan döyüş pilotsuz təyyarələri almaq istəyir".