Yazını böyüt
Yazını kiçilt
Türkiyənin Qızıl Aypara Cəmiyyəti Qurban bayramı münasibətilə 51 ölkədə 4,5 milyon insana ət paylayacaq.
Hafta.az xəbər verir ki, bu barədə cəmiyyətin rəhbəri Kerem Kınık məlumat yayıb.
Məlumata görə, xeyriyyə tədbiri Qurban bayramı münasibəti ilə keçirilən “Hilal Olsun Türkiyə” kampaniyası tərəfindən həyata keçiriləcək. Ölkədə kəsiləcək qurbanlıqlar bişirilib qovurma halına salınaraq 800 qramlıq qablaşdırmalarda sahiblərinə çatdırılacaq.
Bu il ilk dəfə olaraq 5 və 10 kiloluq qablaşdırmalarda da ətlərin paylanması nəzərdə tutulub. Cəmiyyət bu il Qurban bayramı münasibətilə ölkə daxilində 130 ton ət paylamağı planlaşdırır.