Türkmənistan prezidentinə ordu generalı rütbəsi verilib

13:37 27.01.2023 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Türkmənistan prezidenti, bu ölkənin Silahlı Qüvvələrinin Ali Baş Komandanı Serdar Berdiməhəmmədova ordu generalı hərbi rütbəsi verilib. Türkmənistan parlamentinin müvafiq qərarı “Neytral Türkmənistan” hökumət qəzetində dərc olunub.

Parlamentin qərarında qeyd edilir ki, bu qərar “Türkmənistan Konstitusiyasının 81-ci maddəsinə uyğun olaraq” qəbul edilib.

Yanvarın 27-də Türkmənistanda Vətən Müdafiəçiləri Günü qeyd olunur.

Oxunma sayı 160