Yazını böyüt
Yazını kiçilt
ABŞ-ın Ədliyyə Nazirliyi Tvitterin iki keçmiş əməkdaşını Səudiyyə Ərəbistanına məlumat ötürməkdə ittiham edib.
Bu barədə “Nyu York Tayms” nəşri yazıb.
Məlumata görə, şirkətin keçmiş əməkdaşları sosial şəbəkədə Ər-Riyadı tənqid edənlərlə bağlı məlumatları ötürüblər. Casusluqda ittiham olunanlardan biri ərəb mənşəli ABŞ vətəndaşı, digəri isə Səudiyyə Ərəbistanı vətəndaşıdır.