Ucarda mədəniyyət evinin müdiri həbs edilib

11:42 26.03.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ucar rayonunda mədəniyyət evinin müdiri həbs edilib.

Hafta.az APA-ya istinadla bildirir ki, rayonda fəaliyyət göstərən mədəniyyət evlərindən birinin müdiri, 1969-cu il təvəllüdlü Rəfail Hüseynov rayon polis şöbəsinin əməkdaşları tərəfindən həbs edilib. Onun barəsində Ucar rayon Məhkəməsinin qərarı ilə 3 ay  müddətinə həbs qətimkan tədbiri seçilib. R Hüseynov Azərbaycan Respublikasının cinayət məcəlləsinin 153-cü (əxlaqsız hərəkətlər) maddəsi ilə həbs edilib.

Qeyd edək ki, R. Hüseynov 2008-ci il təvəllüdlü qıza qarşı əxlaqsız hərəkətlər etməkdə təqsirləndirilir.

Faktla bağlı araşdırma davam etdirilir.