Ukrayna 2 ildən sonra Aİ-yə daxil olmaq niyyətindədir

10:49 30.01.2023 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Ukraynanın baş naziri Denis Şmıxal bildirib ki, Kiyevin iki il ərzində Aİ-yə daxil olmaq üçün “iddialı planı” var, lakin Aİ-də bunu real hesab edənlər azdır. Bu barədə “Politico” məlumat yayıb.

"Növbəti iki il ərzində Aİ-yə daxil olmaq üçün çox iddialı planımız var" deyib Şmyhal.
Ukraynanın baş naziri onu da vurğulayıb ki, bu il Ukraynanın Aİ-yə daxil olması ilə bağlı danışıqların ilkin mərhələsi artıq olmalıdır.

Qəzet qeyd edib ki, Ukraynanın 2025-ci ilə qədər Avropa Birliyinə daxil olması ilə bağlı belə bir ssenari "təşkilatda heç kim real hesab etmir".

Ukraynanın Aİ-dəki yaxın müttəfiqlərinin, məsələn, Polşa və Baltikyanı ölkələrin Kiyevin ittifaqa üzvlük cəhdlərini güclü şəkildə dəstəklədiyi bildirilir. Lakin digər ölkələr proqnozlarında daha ehtiyatlıdırlar.

“Kiyevdən gözləntilər kifayət qədər böyükdür, lakin Avropa Komissiyasının qoyduğu bütün şərtləri yerinə yetirmək lazımdır”, - yüksək rütbəli avropalı məmur bildirib.