Ukrayna münaqişəsinə bir günə son qoya bilərəm - Tramp

13:38 27.01.2023 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

ABŞ-ın keçmiş prezidenti Donald Tramp bildirib ki, o, indi ABŞ-ın rəhbəri olsaydı, Ukraynadakı münaqişəni cəmi bir günə bitirməyə razılaşa bilərdi. O, bu imkanı Truth sosial şəbəkəsindəki hesabında açıqlayıb.

"Hətta indi də, mən prezident olsaydım, 24 saat ərzində danışıqlar apara bilərdim" deyib.
2022-ci ilin oktyabrında Tramp deyib ki, Ukraynadakı münaqişəyə tez son qoymaq üçün dərhal sülh danışıqlarına başlamaq lazımdır. O, Üçüncü Dünya Müharibəsinin başlanğıcını alternativ adlandırıb.

Oxunma sayı 189