Ukrayna Silahlı Qüvvələri artıq Luqansk vilayətinin 12 yaşayış məntəqəsini rus işğalçılarından azad edib.
Luqansk vilayətinin rəhbəri Sergey Qaydayın sözlərinə görə, ruslar bu yaxınlarda onlardan azad edilmiş kəndlərə güclü atəş açır, ona görə də “biz oradan insanları təxliyə etməyə çalışırıq”.
Onun sözlərinə görə, Beloqorovka Rusiya ordusu tərəfindən davamlı atəşə və hücumlara məruz qalır və ümumilikdə rayonda hər gün ağır döyüşlər gedir.
“Topçularımızın uzaq mənzilli silahları var ki, bu da bizə düşmən xəttinin arxasındakı məsələləri həll etməyə imkan verir - bu, cəbhə xəttində vəziyyəti xeyli asanlaşdırır”, - o deyib.
O qeyd edib ki, Luqansk vilayətində Ukrayna Silahlı Qüvvələrinin yolunda xeyli sayda “vaqnerçilər” və qismən səfərbər olunmuş ruslar var.