Ukrayna ordusu zərbə vurur - Rusiya böyük itkilər verir

16:35 23.04.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibənin 59-cu günü tamam olur.

Hafta.az-ın yazdığına görə, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahından yayılan yazılı açıqlamada Rusiyanın bu günədək toplam itkiləri barədə məlumat verilib. Məlumata əsasən, 24 fevral - 23 aprel tarixlərində Rusiya ordusu Ukrayna torpaqlarında 21600 əsgərini itirib. Bununla yanaşı, rusların 177 təyyarəsi, 154 helikopteri, 854 tankı, 2205 zirehli döyüş maşını, 403 topu, 143 roket atış qurğusu və 69 havadan müdafiə sistemi məhz edilib.

Eləcə də, Rusiya ordusuna məxsus 1543 maşın, 8 gəmi, 76 yanacaq daşıyan tanker, 182 pilotsuz aparat vurularaq sıradan çıxarılıb. Ukrayna hava hücumundan müdafiə sistemləri Rusiyanın atdığı 182 ballistik raketi havadaykən vurublar.

Konkret olaraq, Rusiyaya bu gün vurulan zərbənin statistikası aşağıdakı kimidir: 400 əsgər öldürülüb, 1 təyyarə, 1 helikopter, 16 tank, 43 zirehli döyüş maşını, 6 top, 5 raket atış qurğusu, 20 maşın və 10 ballistik raket məhv edilib.

Siyasət rubrikasından digər xəbərlər