Ukrayna səfirliyində Başsağlığı Kitabı açılıb

10:05 20.11.2025 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Bu gün Ukraynanın ölkəmizdəki səfirliyində Ukrayna Xarici İşlər Nazirliyinin tapşırığı ilə noyabrın 19-da Ternopilə törədilmiş dəhşətli terror hücumu nəticəsində həlak olanların şikayət əlaməti olaraq elektron formatda Başsağlığı Kitabını açılıb.

Hafta.az-ın yazdığına görə, hər bir Ukraynasevər başsağlığı diləyini elektron məktub göndərərək də bildirə bilər: [email protected]

Rəsmi məlumata görə, Ternopildə 3-ü uşaq olmaqla azı 25 nəfər həlak olub, 15-i uşaq olmaqla daha 73 nəfər yaralanıb.

Ukrayna beynəlxalq ictimaiyyəti Rusiyanın bu növbəti terror aktını qınamağa, ədaləti təmin etməyə və qətiyyətli cavab verməyə çağırır. Bu gün BMT Təhlükəsizlik Şurasının iclasında bu məsələ gündəmə gətiriləcək və ATƏT-in Daimi Şurası ilə görüşdə baxılacağı gözlənilir.

Ukraynanın Azərbaycandakı səfiri Yuriy Husyev öz sosial səhifəsində yazıb: “Mərhumların ailələrinə və əzizlərinə səmimi qəlbdən başsağlığı verirəm. Ukrayna hava müdafiəsinin və vətəndaşlarımızın təhlükəsizliyinin gücləndirilməsi üçün tərəfdaşlarla işləməyə davam edəcək”.