Ukrayna Təhlükəsizlik Xidməti(UTX) bu günlərdə azad edilmiş Xerson şəhərində mülki geyimdə olan və yerli sakin obrazını yaratmağa çalışan Rusiya hərbçisini saxlayıb.
Hafta.az "TSN" kanalına istinadla xəbər verir ki, bu barədə UTX-nin mətbuat xidməti məlumat yayıb.
UTX müəyyən edib ki, azad edilmiş Xersonda Rusiya hərbçisinin vəzifəsi məlumat toplamaq, Ukrayna hərbçilərinə atəşi korrektirovka etmək, yönləndirmək və təxribat həyata keçirməkdir.
"UTX ilə söhbətdən sonra o, RF Silahlı Qüvvələrinin 69-cu əlahiddə müdafiə briqadasının peşəkar hərbçisi olduğunu etiraf edib.
İşğalçı işğaldan azad edilmiş ərazilərdə əməliyyatlar həyata keçirən təhlükəsizlik və müdafiə qüvvələrinin sistemli və ardıcıl sabitləşdirmə tədbirləri sayəsində aşkar edilib”, - belə məlumatda deyilir.