Ukrayna Xersonda dəmiryollarını bərpa edir

14:21 13.11.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

“Ukrzaliznitsa” bu həftə Ukraynanın nəzarəti altına qayıdan Xersonla sərnişin daşımalarının bərpasına hazırlıq barədə danışıb.

"Vağzal yerindədir. İnsanlar gözləyir. Deməli, tezliklə Xersona qatar gələcək", - şirkətin rəhbəri Aleksandr Kamışin bazar günü gecə teleqram kanalında yazıb.

"Minatəmizləmə işləri sürətlə gedir, lakin hələ də vaxt tələb edir. Zədələnmiş relslər və xarab vaqonlar tez bir zamanda təmir olunacaq", - o, söz verib.