Ukrayna yeni PUA-nın kütləvi istehsalına başladı

09:30 05.12.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Ukraynanın müdafiə naziri Rustam Umerov LB.ua saytı üçün köşə yazısında Ukrayna dövlətinin təşəbbüsü və Müdafiə Nazirliyinin dəstəyi ilə “Palyanitsa” raket-PUA-nın kütləvi istehsalına başlandığını bildirib. Onun sözlərinə görə, bu, dövlət və özəl sektorun ümumi məqsədə çatmaq üçün necə birləşə biləcəyinə dair bir nümunədir.

Hafta.az-ın yazdığına görə, hazırlanmış sistem 700 kilometr uçuş məsafəsinə malikdir və qiyməti 1 milyon dollardan azdır. Ukraynanın raket proqramını dəstəkləyən Litva silahın istehsalı üçün 10 milyon avro ayırıb.

Nazir Umerov qeyd edib ki, “Neptun” raket sistemində istifadə edilən R-360 qanadlı raketlərinin kütləvi istehsalı yenidən başlayıb. O bildirib ki, modifikasiya edilmiş raketlər artıq daha uzaq məsafədən hədəfləri vura bilir.

Bildirilib ki, yeni silah növü ukraynalı tərtibatçılar tərəfindən son dərəcə sürətlə, cəmi 1,5 il ərzində tamamlanıb. Quru platformasından buraxılan “Palyanitsa” reaktiv mühərrikə malikdir və onun dəyəri oxşar silahlardan xeyli aşağıdır. Bundan əlavə, xərclərin daha da aşağı salınması üçün səylər davam edir.