Yazını böyüt
Yazını kiçilt
Rusiyanın müharibəyə başlamasından indiyədək Ukraynada 1214 uşaq itkin düşüb.
Hafta.az xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin uşaq hüquqları və reabilitasiyası üzrə komissarı Daria Gerasimçuk məlumat verib.
O bildirib ki, bu gün 90 uşaq axtarışdadır, 2389 uşaq Rusiyaya aparılıb.
Ukrayna Baş Prokurorluğunun məlumatına görə, müharibə başlayandan indiyədək 226 uşaq ölüb, daha 417-si yaralanıb.