Ukraynada bir qrup mühəndis gündəlik ləvazimatlarla qarajda raketlər istehsal edir.
Hafta.az-ın "Pravda"ya istinadən yazdığına görə, Rusiya əleyhdarı "Vidsic" qrupu raketlərlə müharibədə Ukrayna qoşunlarına dəstək vermək istədiklərini bəyan edib.
Mühəndislər qarajlarda istehsal etdikləri və "Trembita" adlandırdıqları bu raketlərin 140 kilometr mənzilə sahib olduğunu deyirlər. Hansı ki, ABŞ-ın Ukraynaya tədarük etdiyi HIMARS raketləri 70 kilometr mənzilə malikdir.
Qrup "Pulsejet" mühərrikləri ilə təchiz edilən "Trembita" raketlərinin Rusiya hava hücumundan müdafiə sistemlərindən yan keçərək hədəfləri vura biləcəyini qeyd edib. Vidsic eyni zamanda, bu benzinlə işləyən raketlərdən 20-ni ardıcıl olaraq atmaqla Rusiyanın raket əleyhinə sistemlərini məhv etməyi hədəfləyir.
“Bizim sadə raketimizin qiyməti düşmənin zenit-raket komplekslərinin atəşindən müqayisə olunmayacaq dərəcədə ucuzdur”, - deyə qrupdakı mühəndislər bildiriblər.
Vidsic 20 kiloqrama qədər partlayıcı daşıya bilən döyüş başlıqlarına malik raketlərin nə qədər olduğunu açıqlamasa da, onların peşəkar raketlərdən çox daha ucuz hazırlana biləcəyini deyib.
2005-2007-ci illərdə NATO-nun Kimyəvi, Bioloji, Radioaktiv və Nüvə Silahlarından Müdafiə Batalyonuna (KBRN) komandanlıq edən Hamis de Bretton-Qordon da raketlərin Ukrayna ordusuna üstünlük təmin edəcəyini bəyanlayıb. O, İngiltərənin aparıcı qəzetlərindən biri olan "Teleqraf"a bildirib ki, “Trembita” raketləri Qərbin göndərdiyi arsenalın sürətlə tükənməsinin qarşısını ala bilər.