Yazını böyüt
Yazını kiçilt
Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən güləş üzrə dünya çempionatı davam edir.
Hafta.az-ın məlumatına görə, 72 kq çəki dərəcəsində güləşən Ülvi Qənizadə bugün final görüşünə çıxıb.
O, finalda Fransa güləşçisi İbrahim Qanem ilə qarşılaşıb. Rəqibinə 4:2 hesabı ilə qalib gələn 26 yaşlı idmançımız yunan-Roma güləşi üzrə ikinci dəfə dünya çempionu olub.
Bu, Ülvinin fransız idmançı üzərində ardıcıl ikinci qələbəsidir. Belə ki, keçən il Tiranada keçirilən dünya çempionatının final döyüşündə də güləşçimiz İbrahim Qanemi məğlub etmişdi.