Uşağa şiddət göstərən anası imiş - VİDEO

15:21 31.10.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Sosial şəbəkələrdə azyaşlıya şiddət göstərildiyi eşidilən video yayılıb. Videonu paylaşan şəxs bildirib ki, hadisə gecə saatlarında baş verib. 

Hafta.az-ın məlumatına görə, görüntülərdə qadının azyaşlını təhqir edərək ona şiddət göstərdiyi, təhdid etdiyi eşidilir. 

Məsələ ilə bağlı DİN-in Mətbuat Xidmətindən bildirilib ki, görüntülərlə bağlı hazırda ərazi üzrə polis orqanında araşdırma aparılır:

 “Həmin şəxsin azyaşlının valideyni olması müəyyən edilib. Polis və aidiyyəti qurumlar tərəfindən müvafiq tədbirlərin icrası istiqamətində işlər görülür”.