Vaqif Poeziya Günləri çərçivəsində Şuşada konsert proqramı keçirilib

22:04 22.07.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İyulun 22-də Şuşada Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Azərbaycan Yazıçılar Birliyinin təşkilatçılığı ilə keçirilən Vaqif Poeziya Günləri çərçivəsində konsert proqramı təqdim olunub.

Hafta.az xəbər verir ki, konsert Xurşidbanu Natəvanın evinin qarşısında keçirilib.

Proqramda Azərbaycanın milli rəqsləri, həmçinin xalq və bəstəkar mahnıları ifa olunub.

Qeyd edək ki, Vaqif Poeziya Günləri iyulun 23-də yekunlaşacaq.