Vəkillər Kollegiyasının Aparat rəhbəri vəzifəsindən azad edildi

12:49 25.09.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Vəkillər Kollegiyasında kadr dəyişikliyi olub.

Bu barədə hafta.az-a kollegiyadan məlumat verilib.

Məlumatda bildirilir ki, Vəkillər Kollegiyasının Aparat rəhbəri Fərhad Nəcəfov öz xahişi ilə tutduğu vəzifədən azad edilib. Hazırda bu vəzifənin icrası Vəkillər Kollegiyası Aparatının əməkdaşı Bayram Orucova tapşırılıb.