Yazını böyüt
Yazını kiçilt
Dekabrın 13-nə keçən gecə Yasamal rayonu ərazisində anbardan oğurluq edilməsi barədə DİN-in “102” Zəng Mərkəzinə müraciət daxil olub.
Hafta.az Daxili İşlər Nazirliyinə istinadən bildirir ki,Məlumatla əlaqədar dərhal Yasamal RPİ 26-cı Polis Bölməsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib, Cəbrayıl rayon sakini T.Bayramova məxsus anbardan 4 ədəd velosipedin oğurlandığı müəyyən edilib.
“İsti izlər”lə keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş H.Kazımov saxlanılıb.
Araşdırma aparılır.