“Verdiyiniz ardıcıl qərarlar biz sadə vətəndaşlar tərəfindən razılıqla qarşılanır” - Prezidentə minnətdarlıq

12:30 20.04.2020 Müəllif:Qələndər Xaçınçaylı
Yazını böyüt
Yazını kiçilt

Ölkədə pandeniyanın yayılmasının qarşısının alınması istiqamətində  aparılan  işlər, görülən qabaqlayıcı tədbirlər ölkə vətəndaşları  tərəfindən də yüksək dəyərləndirilir.

Xüsusilə dövlət başçısının ardıcıl olaraq verdiyi  qərarlar və göstərişlər hər kəs tərəfindən təqdir olunur, böyük razılıq və rəğbətlə qarşılanır.

Sumqayıt şəhər sakini Zaur Talış oğlu Gülməmədov  bildirir ki, son bir neçə aydır ki, dünyanı bürüyən koronavirus pandemiyasına qarşı ölkə başçısı tərəfindən ölkəmizdə həyata keçirilən qətiyyətli tədbirlər bizi ürəkdən sevindirir:

”Bir daha əmin olduq ki, prezidentimiz hər zaman öz xalqının yanındadır.

Eləcə də, işsizlərə 190 manatın verilməsi bu qayğının  nəticəsidir. Biz bir vətəndaş olaraq prezidentimizin apardığı siyasəti bəyənirik. Bu çətin günlərdə atdığı qətiyyətli addımlara  və xalqımıza göstərdiyiniz qayğıya görə möhtərəm prezidentimiz İlham Əliyevə öz dərin təşəkkürümüzü bildirirk”.

Digər sakinlər - Şirin Cavan qızı  Hüseynova və Gültək Nizami qızı  Yusubova öz fikirlərini hafta.az-a bölüşürlər:

”Cənab prezident!  Koronavirus dünyanın ən inkişaf etmiş ölkələrində belə can almaqda davam edir. Ölkəmizdə isə vəziyyətin sizin nəzarətinizdə olması virusun sürətlə yayılmasının qarşısının almağa komək edir. Respublikamızda vaxtında elan olunmuş karantin rejimi, dezinfeksiya  işlərinin aparılması və digər təxirəsalınmaz tədbirlərin görülməsi bir daha onu göstərir ki, Siz həmişə xalqımızı düşünürsünüz. Koronsvirusla bağlı  Sizin verdiyiniz ardıcıl göstərişlər və qərarlar biz sadə vətəndaşlar tərəfindən razılıqla qarşılanır.  Sizin sərəncamınızla biz imkansız adamlara dövlət tərəfindən verilən 190 manatı biz də aldıq, ailəmiz çox sevindi. Ailəmiz adından bizə göstərdiyiniz hər tərəfli diqqət və qayğıya görə Sizə öz dərin minnətdarlığımızı bildiririk. Tanrı sizi və sizin simanızda xalqımızı qorusun”.