Virusdan qorunmaq istəyirsənsə, əllərini tez-tez yu

13:45 03.03.2020 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Çinin Uxan şəhərində ortaya çıxan və qısa zamanda dünyanın digər ölkələrinə də yayılan koronavirus (Covid-19) epidemiyasının belə sürətlə yayılması, bəzi ölkələrdə isə yayılmaması və ya çox cüzi yayılmasının səbəbi elm adamlarını düşündürməkdədir. Bu müstəvidə hələ 2015-ci ildə aparılan araşdırma nəticəsinə görə, virusdan qorunmanın yollarının nə olduğu bilinib. 

Hafta.az-ın yazdığına görə, alimlərə görə, gün ərzində mütəmadi şəkildə əl yumaq virusdan qorunma üçün ən sadə və effektli vasitədədir. Araşdırmaya əsasən, Avropada insanlar arasında əl yuma vərdişi 50 faizdir. Bu baxımdan Türkiyə Avropa qitəsində Bosniya və Herseqovinadan sonra ikinci ölkədir.

2015-ci ildə Avropada aparılmış başqa bir araşdırmada isə konkret olaraq ölkələr üzrə əl yumanın səviyyəsi hesablanıb. Məlum olub ki, ümumiyyətlə, bəzi Avropa ölkələrində tualetdən çıxan insanlar əllərini yumurlar. 

Bu müstəvidə ən pis vəziyyət Niderlanddadır. Bu ölkədə tualetdən çıxan hər iki adamdan biri (50 faiz) əllərini yumadan işinə davam edir. Niderlanddan sonra siyahəda ikinci pillədə qərarlaşan İtaliyada isə tualetdən çıxanların 43 faizi əllərini yumur. Tualetdən çıxanların İspaniyada 39, Fransada 38, Rusiyada isə 37 faizi əllərini yumur. Bu rəqəm Avstriya və Latviyada 35, Polşada 32 faizdir.

Avropa qitəsində əllərini təmiz saxlama ənənəsinin ən üstün olduğu ölkə Bosniya və Herseqovinadır. Bu ölkədə tualetdən çıxandan sonra əllərini yuyanlar 96 faiz təşkil edir. Yəni sadəcə 100-ə 4 faiz əllərini yumur ki, onların da əksəriyyəti bu ölkədə yaşayan serblər və xorvatlardır.   

Əl yuma ənənəsinin yaşandığı ikinci ölkə isə Türkiyədir. Burada əl yuyanların sayı 94 faiz təşkil edir. Çox maraqlıdır ki, dörd bir tərəfindəki qonşularında koronavirus tüğyan edən bu iki ölkədə hələ də yoluxma halına rast gəlinməyib. 

Avropa ölkələri arasında, Bosniya və Herseqovina və türkiyədən sonra, əllərini təmiz saxlayan vətəndaşlarının sayına görə sonrakı yerləri Kosovo (85 faiz), Portuqaliya (85 faiz) və Rumıniya (84 faiz) tutur.