Voronejdə partlayış zamanı xəsarət alan daha bir sərnişin vəfat edib

12:30 13.08.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Rusiyanın Voronej vilayətində avtobusun partlaması nəticəsində xəsarət alan daha bir sərnişin dünyasını dəyişib.

Hafta.az xəbər verir ki, bununla da Voronej şəhərinin “Qalereya Çijova” ticarət mərkəzi yaxınlığında içərisində 35 sərnişinin olduğu avtobusun partlaması nəticəsində ölənlərin sayı 2-yə çatıb. Bundan başqa, 18 nəfər xəsarət alıb.

Qəza ilə bağlı Rusiya İstintaq Komitəsində cinayət işi başlanıb.

Rusiya Milli Antiterror Komitəsi hadisənin müxtəlif versiyalarını araşdırır.