Vyetnamda hərbi təyyarə qəzaya uğrayıb

10:07 28.01.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Vytenamın Daklak əyalətində dağlıq bölgədə hərbi təyyarə qəzaya uğrayıb.

Hafta.az Vyetnam mediasına istinadla xəbər verir ki, təyyarə səhər saatlarında dağlıq bölgədə uçuş yerinə yetirərkən idarəetməni itirərək dağa çırpılıb.

Pilot vaxtında katapult edib. Yüngül xəsarət alan pilot yaxınlıqdakı tibb mərkəzinə yerləşdirilib.

Hazırda qəzanın səbəbləri araşdırılır.