Xaçmazda avtomobil çaya düşüb, yaralananlar var

23:30 12.07.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Xaçmazda iki nəfərin yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hafta.az xəbər verir ki, hadisə rayonun Niyazabad kənd ərazisində qeydə alınıb.

“Range Rover” markalı avtomobil idarəetmənin itirilməsi nəticəsində Qudyalçaya düşüb. İlkin məlumata görə, hadisə nəticəsində avtomobilin sürücüsü və sərnişini ağır xəsarətlər alıblar. Yaralılar təcili tibbi yardım avtomobili ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.