Xaçmazda intihara cəhdin qarşısı alınıb

10:00 06.07.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Xaçmaz rayonunda 1 nəfər fərdi yaşayış evinin damına çıxaraq intihar etmək istəyini nümayiş etdirib.

FHN-dən hafta.az-a verilən məlumata görə, nazirliyin Şimal Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub.

Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.