Xaçmazda silsilə oğurluq edən şəxs tutulub

15:00 12.07.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Xaçmaz  Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisindən baş verən oğurluq hadisələrinə qarşı silsilə əməliyyat-axtarış tədbirləri keçiriblər. 


Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən hafta.az-a verilən məlumata görə, daxil olmuş müraciətlərlə əlaqədar polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq hadisələrini törətməkdə şübhəli bilinən rayon sakin Feyzulla Nurməmmədov saxlanılıb. 


Araşdırmalar zamanı həmin şəxsin rayon ərazisində müxtəlif mağazalardan ümumi dəyəri 3180 manatdan çox olan müxtəlif növ spirtli içkilər, siqaretlər, məişət əşyaları və texniki avadanlıqlar, eləcə də  ümumilikdə 330 manat nağd pul oğurladığı müəyyən edilib.